
2026 M02 27• manset.az
Tanınmış aparıcı rəsmi dəvətlə Özbəkistanda səfərdə olub – FOTOLAR
Fəxriyyə Lilpar Özbəkistanın Kokand Dövlət Universitetinin rəsmi qonağı olub və universitetdə keçirilən elmi konfransda iştirak edib.
Aparıcı Fəxriyyə Lilpar Özbəkistanın Kokand Dövlət Universitetinin rəsmi dəvəti ilə ölkədə səfərdə olub.
Sənətşünaslıq üzrə fəlsəfə doktorunu universitetin “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Ezoxan Bəkirova və “Elmi işlər və innovasiyalar” üzrə prorektor, professor Zeboxan Kobilova qarşılayıb.
Səfər çərçivəsində Fəxriyyə Lilpar universitetdə keçirilən konfransda çıxış edib.



