
2026 M03 19• dia-az.info
Tamaşaçını ekrana “kilidləməyin” sirri – “Verilişin baxımlı olması üçün…”
Fəxriyyə Lilpar televiziya proqramlarının baxımlı olması üçün mövzuların maraqlı, məzmunlu və estetik zövqlü olmasının vacibliyini vurğulayıb.
Televiziyalarda proqram dəyişiklikləri fonunda izləyici diqqətini cəlb etmək üçün hansı formatların lazım olduğu müzakirə olunur.
Mövzu ilə bağlı açıqlama verən tanınmış aparıcı Fəxriyyə Lilpar bildirib: “Televiziya proqramlarının baxımlı olması üçün mövzular maraqlı, məzmunlu, estetik zövqlü və ahəngdar olmalıdır. Yalnız bu meyarlar gözlənildiyi təqdirdə tamaşaçı ilə teleməkan arasında vəhdət yarana bilər”.
Aparıcı əlavə edib ki, bu sahədə yetərincə potensial və peşəkar mütəxəssislər var.



