
Aparıcı Fəxriyyə Lilpar yay tətilini Avropada keçirir
Tanınmış televiziya aparıcısı Fəxriyyə Lilpar yay istirahəti üçün Avropaya yollanıb. O, tətili çərçivəsində İsveçrə və Lixtenşteynin görməli yerlərini ziyarət edir. Aparıcı səfərindən yaddaqalan anları paylaşıb.
Tanınmış aparıcı Fəxriyyə Lilpar bu il yay tətili üçün İsveçrəni seçib. Təbiəti və tarixi məkanları ilə diqqət çəkən ölkəyə səfər edən aparıcı buranın bir sıra məşhur turizm bölgələrində olub. O, Lüsern şəhəri və gölü, İnterlaken, Brunnen kimi şəhərləri gəzərək istirahətinin dadını çıxarır.
Səyahət proqramını zənginləşdirən Lilpar Lauterbrunnen vadisi və onun şəlalələrini, eləcə də Avropanın ən böyük su hövzələrindən sayılan Reyn şəlaləsini ziyarət edib. Bununla yanaşı, o, Brienz və Braies göllərini, Motedal dağlarını, Gersau və Veqqas kəndlərini də görmək fürsəti əldə edib.
Aparıcının marşrutu təkcə İsveçrə ilə məhdudlaşmayıb. Fəxriyyə Lilpar həmçinin dünyanın ən kiçik ölkələrindən biri hesab edilən Lixtenşteynə də baş çəkərək paytaxt Vaduz şəhərinin mədəni və tarixi abidələri ilə yaxından tanış olub.



